Klublar Komitəsinin ilk iclası bu gün
"Hilton" otelində keçiriləcək. Bu barədə Sportnet.az-a "Bakı" klubunun
vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
O, iclasda çox ciddi
məsələlər qaldıracağını bildirib. Lakin o, iclasda qaldıracağı məsələlər barədə
danışmaqdan imtina edib: "Hər şeyi özünüz görəcəksiniz. Elə məsələlər
qaldıracağam ki, kimin Azərbaycan futbolunun inkişafını istədiyi və kimin
sadəcə, blef etdiyi həmin məsələlərə münasibətdə bilinəcək. Azərbaycan
futbolunu çox böyük fəlakətlər gözləyir. Biz indi bunun qarşısını almasaq, 5
ildən sonra futbolumuzun mövcudluğu sual altına düşəcək".
Təcrübəli funksioner bildirib ki, bu gün keçiriləcək iclasın
jurnalistlər üçün açıq olmasını və hətta toplantıda aparıcı idman yazarlarının
təmsil olunmasını da təklif edəcək.
Qeyd edək ki, Klublar Komitəsinin ilk iclası saat 15:00-da
başlanacaq.