![]()
Ötən ayın 26-da Almaniyanın "Ayntraxt" klubunun heyətinə baxışa yollanan "Neftçi"nin gənc qapıçısı Emil Balayev ümidləri artıq bu klubla müqaviləyə imza atıb. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin prezidenti Sadıq Sadıqov bu transferin klubun gəncləşdirmə siyasətinin bəhrəsi olduğunu bildirib:
	"Bu gün futbolumuz AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Son illərdə aparılan gəncləşdirmə siyasətinin bəhrəsini artıq görməkdəyik. "Neftçi" PFK-nın yetirməsi olan Emil Balayev həm də milli komandamızın üzvüdür. Onun bir qapıçı kimi yetişməsi də son illərdə gənc və yerli oyunçulara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz inanırıq ki, Emil Balayev "Aytraxt"ın heyətində Avropanın daha iddialı klublarının diqqət mərkəzinə düşəcək. "Neftçi" PFK-nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı futbolçular yetişməkdədir. Şübhəsiz ki, onlar da gələcəkdə "Neftçi"nin heyətində möhkəmlənərək uğurlu legioner həyatı yaşayacaqlar.
	Qeyd edək ki, Balayevin "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
	








                 





    
    
    
    
    
    
    
    
    





















































