
Azərbaycan Güləş Federasiyası (AGF) 2014-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib. Sportnet.az-ın məlumatına görə, Bakının sayılıb-seçilən məkanlardan birinə toplaşan güləş ictimaiyyəti ilin ən yaxşılarını da seçib.
Qalliblər bunlar olub:
Ən yaxşı hakim: Sədi Quliyev
Ən yaxşı baş məşqçilər: Şaban Donat (yunan-Roma güləşi), Əsgərxan Novruzov (sərbəst güləş)
Ən yaxşı güləşçilər: Səbirə Əliyeva (qadın güləşi), İslam Abbasov (yunan-Roma güləşi), Hacı Əliyev (sərbəst güləş)
Qeyd edək ki, mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, eləcə də AGF rəsmiləri çıxış edərək, güləşçilərə təbriklərini və növbəti il üçün arzularını çatdırıblar.