Bu gün "İnter Arena"da "İnter" ilk 10 ilin izi ilə" kitabının təqdimat mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, klubun yubileyinə həsr olunmuş kitabda "İnter"in geridə qalan 10 il ərzində uğurlarından bəhs olunub.
Mərasimdə klubun prezidenti Georgi Nikolov, klub rəsmiləri və mətbuat nümayəndələri iştirak edib. Kitabın müəllifi klubun mətbuat katibi Səbuhi Məmmədov və Aleksey Barvinskidir.
Səbuhi Məmmədov hisslərini belə ifadə edib: "10 illiyi əks etdirən bir kitabdır. Çalışmışıq ki, ötən müddət ərzində "İnter"in fəaliyyətini işıqlandıraq. Ümid edirik ki, bu kitab oxucular üçün klub barədə müəyyən bir informasiya mənbəyi olacaq".