1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Unutmaq çətindir, amma unutmalıyıq” - MÜSAHİBƏ
"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Sportnet.az-a müsahibəsi
- Oyun haqda fikirləriniz necədir?
- Hər iki komanda əzmkarlıq nümayiş etdirdi, açıq futbol oyandı və qələbəyə layiq idi. Fikrimcə, azarkeşlər bu gün maraqlı oyuna tamaşa etdilər. Heç kim stadiondan peşman ayrılmadı. "Xəzər Lənkəran" da qələbə qazana bilərdi, biz də. Şükürlər olsun ki, belə sıx qrafikə baxmayaraq qalib gələn tərəf biz olduq. Bildiyiniz kimi, yollarda qalmışıq, 3 gün öncə də Qəbələdə idik. Uşaqlar əzmkarlıq göstərdilər. Vacib qələbə qazandıq. Minnətdaram onlara. Xüsusən də ikinci qolda mənim səhvim vardı. Fikirləşirdim ki, heç bir xal da qazana bilməyəcəyik. Ama uşaqların iradəsi, əzmkarlığı sayyəsində çox vacib 3 xal qazandıq.
- Prezident İlham Əliyev sizi qəbul etdi. Bu, sizlər üçün ruh-yüksəkliyi yaratdımi?
- Tək bu görüşün oyun deyil, ümumiyyətlə motivasiya baxımından böyük rolu oldu. Bu, meydanda da görünürdü. Artıq uşaqlar Qəbələdəki kimi deyildilər. Ruh yüksəkliyi baxımından bizə çox xeyri oldu.
- UEFA-nın "İnter" üzərində qələbəni təsdiqləyəcəyinə ümid var?
- Bilirik ki, artıq nəticə dəyişə bilməz. Püşk də atılıb. Çalışırıq o barədə artıq düşünməyək. Düzdür, elə oyunu unutmaq çətindir. Ancaq unutmalıyıq. Başqa çıxış yolumuz yoxdur. Azarkeşlərə də məsləhətim odur ki, bu oyunu unutmaq lazımdır. Artıq geridə qalıb. Nə qədər tez unutsaq, o qədər qarşıdakı oyunlara köklənəcəyik. Bu, futboldur. Fərdi idman növlərində üstünlük odur ki, bir çempionatdan digər çempionata kimi arada illərcə fasilə, istirahət olur. Unutmağa da vaxt olur. Ancaq bizim vaxtımız yoxdur. 3 gündən bir oyunumuz var. Tək Avropa deyil ki... Öz çempionatımızda nəticə qazanmaq lazımdır ki, Avropada oynaya biləsən. Hakimin səhvi idi. Oldu keçdi.
- Kapitan olaraq fikrincə heyətdə hansı mövqeyi gücləndirmək lazımdır?
- Ən böyük çətinliyimiz zədəlilərimizin çox olmasıdır. Yoxsa belə çatışmazlıq yoxdur. Yetərincə futbolçumuz var.
- Riçard Almeyda və Reynaldo komandanın əsas oyunçularından sayılırdı. Lakin artıq "Qarabağ" sübut etdi ki, onları da əvəzedəcək futbolçuları var...
- Bunu "Qarabağ" dəfələrlə sübut edib. İstər Rəşad olsun, istər Almeyda. Biz həmişə çalışmışıq ki, komanda qurulsun, kollektiv olsun. Məsələn, kimsə zədələnəndə, uşaqlar deyirlər ki, xeyirlisi. Heç kim demir ki, bu, niyə zədələndi?! Heç kim o barədə danışmır. Zədə olanda hər kəs qəbul edir vəziyyəti. Bu, komanda oyunudur. Biz bir-iki nəfərin üzərində oyun qursaq, rəqiblər də onları zərərsizləşdirib, üzərimizdə qələbə qazanarlar.