1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nurlan Novruzov: "Bilmirəm sevinim, yoxsa kədərlənim"
"Hazırda ancaq istirahət haqqında düşünürəm. Çünki mövsümün ilk yarısında çox yoruldum". Bu sözləri Sportnet.az-a açıqlamasında "Bakı" klubun hücumçusu və Topaz Premyer Liqasının bombardiri Nurlan Novruzov deyib.
O, çempionatın geridə qalan ilk yarısı haqqında danışıb: "Təlim-məşq toplanışında yaxşı çalışıb uğurlu çıxışımı davam etdirmək istəyirəm. Məşqləri sevən futbolçuyam. Daha da yuxarı gedəcəyimə inanıram. Əslində bombardir olmaq yaxşı hissdi. Mən isə indiki vəziyyətdə bilmirəm sevinim, ya kədərlənim. Şəxsi olaraq hücumçu kimi vəzifəmin öhdəsindən gəlmək əladı, amma komandamın sonuncu pillədə olması məni üzür".
Novruzov millimizin baş məşqçisi Robert Prosineçkiyə də mesaj göndərib: "Öncə legioner futbolçulara demək istəyirəm ki, yerli futbolçunun bombardir olmasına təəccüblənməsinlər. Onlar azərbaycanlı yaxşı futbolçuların olduğunu indi özləri görürlər. Bizim futbol inkişaf edir və yerli futbolçular da bunu fikirləşib öz üzərlərində işləməlidirlər. Bir də millimizin baş məşqçisinə sözüm odur ki, artıq gənc futbolçulara güvənmək vaxtıdır".