"Julius Vobay məsələsi hələ qalıb. Onun "Neftçi"də qalacağı və ya gedəcəyi haqqında nəsə deyə bilmərəm". Bu sözləri Sportnet.az-a açıqlamasında rumıniyalı futbol meneceri Ana Mariya Prodan deyib.
Julius Vobayın da agenti olan Prodan onun "Neftçi"dən ayrılacağı xəbərlərə də aydınlıq gətirib: "Ola bilər ki, afrikalı futbolçu Azərbaycan klubundan ayrılsın. Amma bütün bu məsələlərə yanvar ayında aydınlıq gələcək. Vobayın "Xəzər Lənkəran"a ord oynamaqla bağlı xəbər göndərdiyindən məlumatsızam. Onunla görüşdükdən sonra bu suala cavab verə bilərəm".
Oğuz Çətinin gedişindən sonra Rumıniyan mətbuatı Mirça Rednikin yenidən "Xəzər Lənkəran"ın baş məşqçisi olaca biləcəyi haqqında xəbərlər yazıb. Xanım menecer belə bir şeyin hələ ki, gündəmdə olmadığını da bildirib: "Mirça Rednikin səhhəti hazırda qaydasındadı və o, özünü əla hiss edir. Amma "Xəzər Lənkəran"a qayıdıb-qayıtmacağını isə indi demək mümkün deyil. Çünki belə bir məsələ gündəmdə deyil. Dəqiq bilirəm ki, "Xəzər Lənkəran" tərəfindən ona heç bir təklif gəlməyib".
Prodan yanvarda rumıniyalı futbolçuların Azərbaycan klublarına keçidi mümkündü: "Mənim Azərbaycan klublarının bir neçəsi ilə münasibətlərim var. Mümkündü ki, qış "transfer pəncərəsi" zamanı bir neçə futbolçu məhz sizin ölkəyə gəlsin. Amma bildiyimə görə, bu dəqiqə Azərbaycan klublarına maliyyə baxımından problemlər var. Rumıniya millisinin bir neçə futbolçusu var ki, mən onları sizin iddialı klublara təklif edə bilərəm. Lakin yenə də maliyyə burada əsas rol oynayır".