
"Xəzər Lənkəran"dan ayrılmağım haqqında geniş danışmaq istəmirəm. Hər şey göz önündədi". Bu sözləri Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"da Oğuz Çətinin köməkçisi olmuş və onunla birlikdə komandadan ayrılan türkiyəli məşqçi Mustafa Əskisoy deyib.
O bildirib ki, əgər cənub təmsilçisindən ayrılmasa idilər, 2-ci mövsüm yeni transferlərlə çox iddialı olacaqdılar: "Düşünürəm ki, biz yaxşı komanda qurmuşduq. Bir-iki dəyişiklik etdikdən sonra çempionluğa da iddialı ola bilərdik. Amma bilmirəm ki, nə baş verdi və biz oradan ayrıldıq. Ətraflı danışmaq istəmrəm".