"Qəbələ"dən gedəcəyimlə bağlı gəzən xəbərlər haqqında nəsə deyə bilmərəm. Çünki hər şey yeni məşqçidən və rəhbərliyin qərarından asılı olacaq". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin rumıniyalı hücumçusu Andrey Kristya deyib.
Forvard bildirib ki, Azərbaycan klubundan ayrılmaq istəmir: "Düzdü, biz bura Dorinel Muntyanu ilə birlikdə gəldik. Onun rəhbərliyi altında komandanın yaxşı çıxış etməsi alınmadı və həmyerlimiz buradan getdi. Yeni baş məşqçinin gəlişi isə rəsmiləşib. Yəqin ki, klubda hər şey onun istəyinə uyğun reallaşacaq. Əgər komandadan göndəriləcəmsə, bunu heçdə təəccüblə qarşılamayacam.Lakin burada qalıb "Qəbələ" üçün əlimdən gələni etmək istəyərdim. Həm də klublar müqaviləm var. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |