"Mənim heç nədən xəbərim yoxdu. Hazırda bayram üçün ölkəmə gəlmişəm. Hələ ki, "Xəzər Lənkəran" rəhbərliyi ilə heç bir söhbətim olmayıb". Bu sözləri Sportnet.az-a açıqlamasında "Xəzər Lənkəran"ın xorvatyalı qapıçısı Vyekoslav Tomiç deyib.
31 yaşlı çərçivə qoruyucusu cənub klubunda daha az maaşa oynayacağı ilə bağlı gəzən xəbərlərə münasibət bildirb: "Yox, mən hələ ki, "Xəzər Lənkəran"la heç bir şey danışmamışam. Daha az maaşa orada oynayacağımla bağlı yazılanlar da yalandı. Belə bir şey ola bilər. Amma bunu klublar danışdıqdan sonra biləcəyik. Hələ ki, aramızda söhbət olmayıb. Xorvatiya klublarından təkliflər almışam. Lakin hazırki klubumla danışdıqdan sonra nəsə deyə bilərəm".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |