
"Qəbələ"yə keçidimlə bağlı yayılanlar doğru deyil. Çünki mənim hələ "Xəzər Lənkəran"dan ayrılmağım belə təsdiqlənməyib". Bu sözləri Sportnet.az-a açıqlamasında Rəşad Sadiqov deyib.
O, "Xəzər Lənkəran"dan ayrılıb "Qəbələ"yə keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib: "Hələ ki, gözləyirəm. Nə olacağını görəcəyik. Əgər "Xəzər Lənkəran"dan ayırlmağım təsdiqlənərsə, onda digər təkliflər haqqında danışa bilərik. İndiki halda dəqiq nəsə deyə bilmərəm".