
Türkiyə Superliqa təmsilçisi
"Çaykur Rizəspor” klubunun baş məşqçisi Hikmət Karaman maraqlı açıqlama verib.
Sportnet.az xəbər verir ki, o, Türkiyə Ziraat kubokunda "Sariyer”i 2:0 hesabı
ilə məğlub etdikləri oyundan sonra soyunub-geyinmə otağında problemlə
qarşılaşdılarını bildirib:
"Soyunub-geyinmə otağı çox pis vəziyyətdə idi. Futbolun inkişafından danışırıqsa, bu nə deməkdi? Bunu düzəltmək lazımdı. Otağın içindən pis qoxular gəlirdi. Buna görə də biz çıxıb çöldə soyunub-geyindik. Həqiqətən çox bərbad vəziyyətdi. Bəzi futbolçuların hətta başgicəllənmələri oldu. Superliqada oynamış komanda bu vəziyyətdə ola bilməz”.