
Ukrayna "Çernomorets”inin keçmiş baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi "Qəbələ” klubu heyətinə iki futbolçu cəlb edə bilər. Sportnet.az-ın məlumatına görə, Ukrayna çempionatını Azərbaycan çempionatına dəyişmək üçün 31 yaşlı qapıçı Dmitri Bezotosni və 28 yaşlı yarımmüdafiəçi Kirill Kovalçukun şansı var.
Onlar Mixail Fomenkonun rəhbərliyi altında Ukrayna milli komandasına da çağırılıblar. Bu mövsüm "dənizçilər”in tərkibində Kovalçuk 7, Bezotosni isə 12 oyun keçirib.