"Qəbələ”nin
sabiq rusiyalı yarımmüdafiəçisi Marat İzmayılov ölkəsinin mətbuatına müsahibə
verib. Sportnet.az xəbər verir ki, hazırda "Krasnodar”da çıxış edən 32 yaşlı
futbolçu dünya çempionatında oynamaq istədiyini bildirib.
"2018-ci
il dünya çempionatında oynamaq istəyirəm. Bu mənim üçün ən böyük arzulardan
biridi. Çünki o zaman 36 yaşım olacaq və futbolçu karyeramın demək olar ki, lap
sonuna yaxınlaşacam. Düşünürəm ki, bu yaşda dünya çempionatında oynamaq olar”.
O, həmçinin "Qəbələ”yə gəlişindən və burdan ayrıldıqdan sonra nə üçün "Porto”ya niyə geri dönmədiyindən də danışıb: "Qəbələ”yə hamı bilir ki, Yuri Syominin sayəsində getmişdim. Hər şey mənim üçün əla oldu. Çünki Azərbaycanda oynamağım faydalı oldu. Uzun müddət idi oynamırdım və "Qəbələ”də müntəzəm meydana çıxmağa başladım. Hər şey yaxşı oldu. Syominə mənə güvəndiyi üçün təşəkkür edirəm. Azərbaycandan ayrıldıqdan sonra "Porto”ya qayıdacaqdım. Ortaya "Krasnodar” variantı çıxdı. Danışdıq və razılaşdıq. Həm də mənim üçün faydalı olacağını düşünüb Rusiya klubuna üz tutdum”.