Türkiyə Kubokunda qrup mərhələsinin 4-cü turuna start verilib. Sportnet.az xəbər verir ki, azərbaycanlı futbolçulardan Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu "Qazientep BB” ötən gün millimizin digər üzvü Cihan Özkaranın müqavilə üzrə məxsus olduğu "Sivasspor”la üz-üzə gəlib.
Bu futbolçulardan yalnız Cavadova start heyətində yer verilib. Qalan oyunçular isə "18-lik"də də olmayıb. Görüş "Sivasspor"un qələbəsi ilə yekunlaşıb. Cavadov isə 90 dəqiqə meydanda olsa da, qol vura bilməyib.
Bu gün isə millimizin sabiq futbolçusu Branimir Subaşiçin yer aldığı "Manisaspor" "Trabzonspor"la üz-üzə gəlir. Subaşiç start heyətində meydana çıxıb. O, 83 dəqiqə meydanda olsa da, komandasının 0:2 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.
31 dekabr
15:00. "Qazientep BB” – "Sivasspor” 1:2
1 yanvar
20:30. "Manisaspor” – "Trabzonspor” - 0:2