1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fariz Nəcəfov: "Ola bilər ki, baş məşqçinin istədiyi cinah müdafiəçisini gətirək"
"Cavid Hüseynov məsələsinin şişirdilməsinin tərəfdarı deyiləm. Yalan deyə bilmərəm, onu görməmişəm. Görən kimi ilk söhbətimiz bu məsələ olacaq". Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Azarkeşlərlə futbolçular arasında yaşanan münaqişələrdən danışan "Qəbələ" rəsmisi Klublar Komitəsinin hər iclasında tərəflər arasındakı münasibətə nəzarət olunması tapşırığının qoyuldğunu bildirib. O, azarkeşə haqq qazandırmadığını, lakin stadiona gələn insanların istədiyi sözləri deyə biləcəyini söyləyib: "Biz futbolçuya nəzarət edirik ki, belə hallar yaşanmasın. Futbolçu azarkeşə cavab verməməlidir. Buradan bütün azarkeşlərə səslənirəm ki, futbol onlar üçün oynanılır".
F.Nəcəfov azarkeşlərin təhqiredici ifadələr işlətdikləri üçün uşaqların, qadınların stadionlara gəlib, bu cür qeyri-etik sözlər eşitmək istəmədiklərini deyib.
Vitse-prezident baş məşqçi Roman Qriqorçukun Ukrayna mətbuatına verdiyi sonuncu müsahibəsindən də danışıb. Klub rəsmisi ukraynalı mütəxəssisin dediyi kimi bir futbolçunun maraq dairələrində olduğunu vurğulayıb: "İstəyirdik, amma alınmadı. Həmin oyunçunu Qriqorçuk tanıyırdı, lakin klubu daha çox pul istədi deyə bu transfer baş tutmadı. Ola bilər ki, baş məşqçinin istədiyi cinah müdafiəçisini gətirək. Qriqorçuk elə futbolçu istəyir ki, həmin müdafiəçi yarımmüdafiəyə də qoşula bilsin".