1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "Uduzsaydıq, deyəcəkdilər ki..."
"Vacib 3 xal qazandıq. Çox maraqlı bir oyun oldu. "Neftçi” ilə oyundan sonra bu oyunda da qələbə qazanmaq yaxşı oldu". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının XX turunun açılış matçında "Qəbələ"ni 1:0 hesabı ilə yenən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
44 yaşlı mütəxəssis bildirib ki, "təyyarəçilər" bu qələbə ilə yüksək yerlər uğrunda mübarizəyə tam hazır olduqlarını sübuta yetiriblər: "Biz "Neftçi” ilə oyundan sonra "Qəbələ”yə məğlub olsaydıq, deyəcəkdilər ki, ilk qələbə təsadüfidir. AZAL bu gün göstərdi ki, yerlər uğrunda mübarizəyə tam hazırdır. Futbolda qələbə də var, məğlubiyyət də var. Biz qələbə qazandıq və futbolçulara təşəkkür edirəm. Artıq biz bu oyunu yaddan çıxarmalı və qarşıdan gələn "Qarabağ”la oyuna hazırlaşmalıyıq. Futbolda istək vacibdir. Biz hər oyuna istəklə çıxırıq. Sindiroma, farta inanmıram. Sadəcə, oyunçularım matça yaxşı köklənir”.