Futbol üzrə Topaz Premyer Liqasında XXI turun hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, son illərin ən prinsipial rəqiblərindən sayılan "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasındakı oyuna Ramil Diniyev təyinat alıb.
Hakimlər Komitəsi "Simurq" - "Qəbələ" və AZAL - "Qarabağ" qarşılaşmalarından fərqli olaraq, bu görüşə əlavə köməkçi hakim yollamağa lüzum görməyib.
10 fevral (çərşənbə axşamı)
17:00. "Simurq” - "Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
11 fevral (çərşənbə)
14:00. "Bakı” - "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
15:00. AZAL - "Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-İnspektor: Şahin Cəfərov
16:00. "Neftçi” - "Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov