
Bu gün Topaz Premyer Liqasının XXI turuna yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutacaq və bütün oyunlar paytaxtda keçiriləcək.
Günün ilk görüşündə "Bakı" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Ötən həftə "Qarabağ"a 1:4 hesabı ilə məğlub olan paytaxtın eyni adlı komandası bu dəfə turnir cədvəlindəki ən yaxın qonşusuna yaxınlaşmağa çalışacaq. "Gənclik şəhəri" təmsilçisi isə "Xəzər Lənkəran"ın "İnter"ə (1:2) məğlubiyyətindən istifadə edərək cənublulara daha yaxınlaşmağa çalışacaq. Belə olan təqdirdə komandaları cəmi bir xal ayıracaq.
Növbəti görüşdə AZAL "Qarabağ"ı qonaq edəcək. Şüvəlanda baş tutacaq qarşılaşma meydan sahibləri üçün daha önəmli olacaq. Qış fasiləsindən sonra ardıcıl iki oyunda qələbə qazanan "təyyarəçilər" bu turda da 3 xal qazanarsa, ən yaxın qonşusu "Neftçi" ilə xal fərqini minimuma endirəcək - 1 xal. Fasilədən sonra keçirilən ilk oyununda qələbə qazanan Ağdam klubu isə qələbə sayəsində ikinci pillədə qərarlaşan "İnter"lə xal fərqini daha da artıracaq.
Turun və günün son oyunu "Bakcell Arena"da keçiriləcək. "Neftçi" "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş futbol ictimaiyyətinin böyük marağına səbəb olub. Cari mövsümdə keçirilən 2 qarşılaşmanın birində paytaxt klubu minimal hesbalı qələbə qazanıb. Lənkəranda baş tutan qarşılaşmada isə tərəflər meydanı sülhlə tərk edib - 2:2. bu dəfəki "Böyük oyun"u maraqlı edən amillərdən biri də baş məşqçi amilidir. Əvvəlki iki oyunda Oğuz Çətinin başçılığı altında meydana çıxan "ağ-yaşıllar"a bu dəfə Elbrus Məmmədov rəhbərlik edəcək.
11 fevral
14:00. "Bakı” - "Sumqayıt” 0:0
"Bakı”: 12. Elxan Əhmədov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 56. Qeyrət Əliyev, 4. Ülvi Süleymanov, 7. Nuran Qurbanov, 45. Mahir Mədətov, 10. Nurlan Novruzov, 85. Jaba (k)
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 77. Ramazan Abbasov, 99. Kamil Nurəhmədov, 9. Raul Yaqubzadə, 15. Azad Kərimov, 11. Tural Qürbətov, 2. Nicat Əsgərov
Baş məşqçi: İbrahim Uzunca
"Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev, 77. Təvəkkül Məmmədov
Baş məşqçi: Aqil Məmmədov
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
15:00. AZAL - "Qarabağ” - 0:1
Qol: Reynaldo, 57
AZAL: 16. Stanislav Namaşko 4. Laşa Kasradze 18. Orxan Lalayev 21. Novruz Məmmədov 3. Xuan Fransisko 8. Seymur Əsədov 15. Oskars Klava 23. Aleksandr Şemonayev 25. Valeriy Kutsenko 27. Rəşad Abdullayev (k) 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov 5. Kərim Diniyev 13. Şəhriyar Rəhimov 9. Aydın Qasımov 10. Nicat Qurbanov 7. Təmkin Xəlilzadə 22. Eltun Yaqublu
Baş məşqçi: Tərlan Əhmədov
"Qarabağ”: 13. İbrahim Şehiç 2. Qara Qarayev 5. Maksim Medvedev 9. Reynaldo Silva 10. Muarem Muarem 14. Rəşad Sadıqov (k) 17. Vüqar Nadirov 20. Riçard Almeyda 25. Ansi Aqolli 41. Leroy Corc 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev 6. Hacı Əhmədov 7. Namiq Yusifov 18. İlqar Qurbanov 24. Admir Teli 77. Cavid Tağıyev 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-İnspektor: Şahin Cəfərov
16:00. "Neftçi” - "Xəzər Lənkəran” - 2:0
Qol: Julius Vobay, 65. Samir Məsimov, 68
"Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 22. Rauf Əliyev, 23. Ruslan Qurbanov
Baş məşqçi: Arif Əsədov
"Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. İlqar Ələkbərov, 9. Bəhruz Teymurov, 20. Elsevər Bəkirzadə, 34. Elnur İsmayılov, 42. Kamran Abdullazadə, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov.