1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Gözəl: "İnsanlıq üçün utancvericidir"
Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar "Qarabağ" Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüş keçirib. Sportnet.az-ın məlumata görə, günorta saatlarında baş tutan görüşdə ilk olaraq faciədə ölənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Ardınca T.Gözəl 1992-ci ildə baş verən faciə haqqında danışıb. O, baş verən faciənin bir millətin, xalqın deyil, bütün bəşəriyyətin üzüntüsünün olduğunu qeyd edib. Vitse-prezident yüzlərlə günahsız insanın qətlə yetirməsinin arxasında heç bir torpaq, milli inancın dayana bilməyəcəyini bildirib.
Xocalıda baş verənlərin insanlıq üçün utancverici olduğunu bildirən Gözəl orada öldürülən uşaqların sadəcə Azərbaycanın deyil, bütün insaniyyətin övladları olduğunu söyləyib. O, baş verən hadisəni cahiliyyətin törətdiyi qətliam adlandırıb.
Qarabağ adının "Qarabağ"la fərq yaratdığını, amma bu adı ən qürurulu şəkildə daşıdıqlarını ifadə edən klub rəsmisi 1 milyon məcburi köçkünün Qarabağ sevdasının təsəllisinin bu komanda olduğunu vurğulayıb.