1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan "Xəzər Lənkəran" və "Simurq"a sərt cəza
AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqaısnın son turunda yaşıl meydanlarda baş verənlərə hüquqi qiymət verib. Sportnet.az-ın məlumatına görə, "İnter” – "Simurq” matçının 88-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.
"Xəzər Lənkəran” isə komitənin qərarına əsasən 2000 manat cərimə olunub. "Bakı” ilə oyunun 90+1-ci dəqiqəsində Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün isə 2 oyun cəzalanıb.
Oyunun 90+3-cü dəqiqəsində "Bakı”nın futbolçusu Pelagias Giorgios ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Qarabağ” – "Qəbələ” matçında isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.