Azərbaycan Kubokunun 1/4 final mərhələsində doğma azarkeşlər önündə "Simurq" 0:3 hesabı ilə məğlub olan "qırmızı-qaralar"ın baş məşqçisi səhvləri təhlil edəcəyini bildirib. Bundan başqa o, oyunçularla söhbət edəcəyini və məğlubiyyətin səbəbini tapmağa çalışacağını söyləyib:
"Ola bilsin, "Qarabağ"la oyundan sonra komanda tam bərpa oluna bilməmişdi. 0:3 hesablı məğlubiyyətə baxmayaraq, "Sumqayıt"ı çempionat matçında yenərək, "Simurq"u səfərdə udmağa gedəcəyik".