1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Son 6 ilin rekordu qeydə alındı
Futbol üzrə Azərbaycan Premyer Liqasında son 6 ilin rekordu qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, bu göstəriciyə Bakının "İnter” klubu imza atıb.
"Bankirlər" Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb. Sonuncu dəfə 2014-cü il avqustun 29-da "Xəzər Lənkəran”la səfər oyununda 0:1 hesabı ilə uduzan baş məşqçi Kaxaber Tsxadadzenin komandası XXV turun görüşündə "Neftçi”ni məğlub edib - 2:0. 2009-cu ilin martından sonrakı dövr üçün ən uzun məğlubiyyətsiz oyunlar seriyası 17 matçdan ibarət olub. 2011-2012-ci il mövsümündə qeydə alınan həmin göstərici "İnter”in də tarixində 2-ci nəticə idi. "Neftçi”yə uduzmamaqla, klub tarixinin 2-ci nəticəsini göstərən "İnter” 2008-2009-cu illərdəki rekordunun 3 addımlığındadır. Həmin vaxt bakılılar 21 matçda uduzmamışdı.
Bu dəfəki 18 oyunluq seriya Azərbaycan çempionatları tarixində 15-ci göstəricidir. Mütləq rekord isə "Kəpəz”ə məxsusdur – 28 oyun. "Turan” 27, "Neftçi” və "Şəmkir” isə hər ikisi 26 məğlubiyyətsiz oyunlar seriyasına malikdir.