Gürcüstan milli komandasının Malta yığması ilə yoldaşlıq görüşü üçün start heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Kaxaber Tsxadadze paralel çalışdığı Bakı "İnter"inin futbolçularından yalnız Aleksandr Amisulaşviliyə ilk "11-lik"də yer verib.
Amisulaşvili mərkəz müdafiəçisi mövqeyindəki 3 arxa xətt oyunçusundan biri olacaq. Əvəzində baş məşqçi oğlu Baçana Tsxadadzeni ehtiyatda saxlayıb. Gürcüstan millisi meydana 3-4-3 taktiki sxemi ilə çıxacaq. Maltanın heyəti Tiflisdəki Mixail Mesxi adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, Malta millisi martın 28-də Bakıda Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçına çıxacaq.