
27 yaşlı müdafiəçi bildirib ki, karyerasını hansı klubda davam etdirəcəyinə yaxın iki gün ərzində aydınlıq gələcək: "Özüm də çox istəyirəm ki, hansısa klubla ortaq məxrəcə gəlim və məşqlərimi, oyun praktikamı bərpa edim. Hazırda 2 xarici və 2 yerli klubun təklifini götür-qoy edirəm. Bütün hallarda anlaşma icarə əsasında baş tutacaq və 6 ayı əhatə edəcək. Bu müddət ərzində özümə gələrəm, formamı bərpa edərəm. İlk növbədə, milli karyeramı düşünürəm. Artıq 6 aydır ki, klubda oyun praktikası qazanmıram. Bundan artıq risk edə bilmərəm".
Ceyhun ƏLİYEV