"Qarabağ" klubu Avropa Klubları Assosiasiyasına (ECA) üzv olmağa hazırlaşır. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun direktoru Əmrah Çelikəl məlumat verib.
Ə.Çelikəlin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb. Klub rəsmisi yaxın vaxtlarda ECA-ya üzvlük üçün müraciət edəcəklərini bildirib. O, qurumun növbəti iclasında məsələsinin həllini tapacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanın 4 klubu - "Neftçi", "Bakı", AZAL və "Xəzər Lənkəran" ECA üzvüdür. "Neftçi" isə fövqəladə üzv statusuna