
Fortaleza şəhərindəki "Kastelao" stadionunda baş tutacaq qarşılaşmada Çakıra həmyerliləri Bahattin Duran ve Tarık Ongun yan xətt hakimləri kimi yardımçı olacaqlar.
Bu matç hər iki komanda üçün böyük önəmə malikdir. Braziliyanın açılış matçında Xorvatiyanı 3:1 hesabı ilə yendiyi görüşdə yaponiyalı referi Yuiçi Nişimura ciddi səhvlərə yol verib. O, hesab 1:1 olarkən, Fredin simulyasiyasına aldanaraq, Xorvatiyanın qapısına penalti təyin edib. Meksika da ilk turda Kamerunu yenməyi bacarıb - 1:0.
Braziliyanın hakimlər tərəfindən irəli çəkildiyinə dair iddiaların irəli sürüldüyü məqamda Çakıra verilən təyinatı xeyli kritik saymaq olar. Braziliya - Meksika matçından qalib ayrılan komanda 1/8 finala vəsiqəni təmin edə bilər.