"Düşünürəm ki, əsl kubok oyunu izlədiniz. Hər iki komanda nəticəyə oynayırdı". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Simurq"u 1:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun ilk yarımfinal matçından sonra deyib.
43 yaşlı mütəxəssis komandasının hər bir futbolçusundan razı qaldığını, amma qələbədən aldanmamalı olduqlarını bildirib: "Qələbə məni və futbolçuları aldatmamalıdır. Qarşıda çətin cavab oyunu var. Bu gün futbolçularımın hər birindən razı qaldım. Oyunçularla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm".
Qrafikin sıx olduğunu söyləyən Qurbanov qarşıdakı çətin səfər oyunlarında xarakter nümayiş etdirmələrinin gərəkliyini vurğulayıb.
Qeyd edək ki, cavab görüşü aprelin 21-də keçiriləcək.