
Topaz Premyer Liqasının 30-cu turunda "Simurq"un qonağı olacaq "Qarabağ" Zaqatalaya yollanır. Sportnet.az-ın məlumatına görə, aprelin 17-sində baş tutacaq qarşılaşmadan sonra komanda yenə də ölkənin şimalında qalacaq. Belə ki, Ağdam təmsilçisi Aprelin 21-də yenə də "Simurq"la üz-üzə gəlməli olacaq. Bu dəfə isə ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında. Bakıya qayıtmayacaq komanda kubok qarşılaşmasına da elə Zaqatalada hazırlaşacaq. Yarımfinal qarşılaşmasından sonra Bakıya dönəcəyini nəzərə alsaq komandanın 1 həftəlik paytaxtda olmayacağını deyə bilərik.
Qeyd edək ki, Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.