"Qəbələ" klubu transfer çalışmalarına bu gündən start verəcək. Klubun vitse-prezidenti Fariz Nəcəfovun Sportnet.az-a verdiyi məlumata görə, bu məqsədlə yeni baş məşqçi Dorinel Muntyanu ilə müzakirələr aparılacaq.
Nəcəfov bildirib ki, Muntyanunun tanıdığı futbolçuların da komandaya cəlb olunması istisna deyil. Amma klub rəsmisi heç bir futbolçunu baxışa çağırmayacaqlarını vurğulayıb: "Bəyəndiyimiz futbolçu olsa, birbaşa müqavilə bağlamağa dəvət edəcəyik. Baxışa çağırmaq bizlik deyil. 4-5 oyunçuya ehtiyacımız var. İnşallah, onları yaxın günlərdə müəyyənləşdirib transfer edəcəyik".
"Qəbələ" rəsmisi Ruslan Abışovun mümkün keçidinə də toxunub. Nəcəfovun sözlərinə görə, Azərbaycan yığmasının müdafiəçisi ilə klubun menecerləri arasında müəyyən danışıqlar olub. Amma Abışovun Rusiya "Rubin"i ilə müqaviləsi olduğundan, hər hansı komandaya keçidi yubanır: "Ruslan "Rubin"lə məsələsini həll etdikdən sonra onun "Qəbələ"yə keçidi barədə danışmaq olar".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |