
"Bakı" asan rəqib deyil. Gənclərdən ibarət olmasına
baxmayaraq, çox əzmkar və istəkli komandadır". Bu sözləri Sportnet.az-a açıqlamasında "İnter"in oyunçusu Coşqun Diniyev deyib.
Gənc
futbolçu 2:1 hesabı ilə qalib gəldikləri matçda qazanılan xalların "bankirlər" üçün əhəmiyyətli olduğunu bildirib: "Bakı" ilə
matç bizim üçün həlledici oyunulardan biri idi. "Qarabağ" çətin
"Simurq" səfərindən ən azından xal itirəcəyinə ümid edirdik. Lakin alınmadı. "Neftçi" ilə "Qəbələ" oyunu da bizim üçün əhəmiyyətlidir. Çünki hər
iki komanda qələbə qazanacağı təqdirdə turnir cədvəlində bizə yaxınlaşacaq. Bu
baxımdan bugünkü qələbə rəqiblərdən xal
baxımından biraz da uzaqlaşmağımıza kömək etdi".
Coşqun Diniyev qarşıdan gələn "Neftçi" ilə çətin matçda rəqibə təslim olmayacaqlarını dilə gətirib: "Neftçi" ilə ilk oyunumuzda uğurlu günümüzdə deyildik. Böyükhesab kimi qələmə alına bilər. Ancaq hələ hər şey tam həll olunmayıb. "Neftçi" çətin rəqibdir. Ancaq onlara asan təslim olmayacağıq".