
"Gərgin oyun oldu. "Bakı" pis günlər yaşamasına baxmayaraq, maraqlı komandadır. Çətin olsa da, üç xalı qazandıq". Bu sözləri Sportnet.az-a açıqlamasında "İnter"in futbolçusu Əfran İsmayılov Topaz Premyer Liqasının XXX turunda "Bakı" ilə matçdan (2:0) sonra deyib.
27 yaşlı yarımmdüfaiəçi qarşıdan gələn "Neftçi" ilə matçda qalib olmaq üçün əllərindən gələni edəcəklərini bildirib: "İlk oyun 0:2 məğlub olsaq da, bu matç öz meydanımızda olacaq. Düzdür, ilk oyunu qeyi qaytarmaq mümkün deyil. Amma bu matçda əlimizdən gələni edəcəyik.