"Ağır oyun idi. Mənə elə gəlir ki, qələbəyə
layiq idik". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin
vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının XXX turunda
"Neftçi"ni Bakıda 3:1 hesabı ilə yendikləri matçdan sonra deyib.
Klub rəsmisi bildirib ki, əyalət təmsilçisinin
3-cü pilləyə yüksəlmək imkanı daha çox elə "Neftçi"dən asılıdır: "Üçüncü yeri tutmaq bizim əlimizdə deyil. Bu, daha çox
"Neftçi"dən asılıdır. Gərək onlar növbəti oyunlarda xal itirsin. Biz də
hər matçda öz oyunumuzu sərgiləyirik. Bundan sonra qələbələr qazanmalıyıq".
Nəcəfov "Qəbələ"nin Avroliqa şansını isə belə dəyərləndirib: "Turnir cədvəlinə baxanda, elə görsənir ki, artıq Avropa Liqasına vəsiqəni təmin etmişik. Lakin qarşıda hələ 6 oyun qalib. Yavaş-yavaş irəlləyirik. Bu gün əvvəlki matçlardan qat-qat yaxşı oynadıq. Kubok və ölkə çempionatında mübarizə aparmaq üçün ehtiyatımız elə də güclü deyil. Ancaq kubokdan uzaqlaşmağımızda bəxt amili də vardı. Müəyyən səhvlər oldu. Xeyirlisi olsun".