
"Qarabağ" - "Neftçi" oyununda sonuncu qolu vuran komanda oyunu aparacaqdı. "Qarabağ" özündə güc tapdı, üçüncü qolu vurdu. Mənə elə gəlir ki, belə oyunla nə "Qarabağ", nə "Neftçi" Avropada heç nə edə bilməyəcək. Hökmən bu barədə baş sındırmaq lazımdır".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişinin qonağı olan Böyükağa Hacıyev deyib. Təcrübəli mütəxəssis bildirib ki, istər "Qarabağ"ın ilk 20 dəqiqədə, istərsə də "Neftçi"nin sonraki 20 dəqiqədə göstərdiyi ritm oyun boyu olmalıdır. Onun fikrincə, hansı komanda 80 dəqiqə ritmi saxlaya biləcəksə, o da dirçələcək.
Sabiq baş məşqçi "Neftçi"nin Topaz Premyer Liqasının XXXII turunda "Qarabağ"a 2:3 hesabı ilə məğlub olmasının səbəbini dolayı yolla yeni baş məşqçi və rəhbərlikdə olduğunu bildirib: "Bu gün komandanın oyununa sırf baş məşqçi cavabdehdir. Onun seçdiyi taktika oyunda özünü doğrultmalıdır. Flavinyo indi zədə üzündən oynamır, amma mənim vaxtımda lazım olanda zədəli halda da meydana çıxırdı. Hər şeydən öncə futbolçulara düzgün motivasiya vermək lazımdır. Ona görə də komandanın niyə belə vəziyyətdə olması ilə bağlı suallara Arif Əsədov cavab verə bilər. Komandada Sadıq Sadıqov olardı və "Neftçi" belə uduzardı. Bu artıq fəlakət olardı. İsti-isti hər kəsin üzünə deyərdi ki, kim nə edib. Məşqçi ilə bir yerdə. İndi sula verin görək, komanda yığışıb və bunlar müzakirə olunub ya yox?!"
Hacıyev "Neftçi" ilə daha uğurlu nəticələr göstərməsinin səbəbini futbolçulara sərbəstlik verməsi ilə əlaqələndirib: "Futbolçu robot deyil ki, proqramı yazasan peysərinə, qaçsın. Futbolçuya bacardığı futbolu oynatmaq lazımdır. Futbolu yorğan altında gizlətmək olmaz. İndiki "Neftçi" əvvəlki "Neftçi" deyil, əvvəlki futbolu sərgiləmir. 3 il öncə 13-14 futbolçu ilə 3 cəbhədə vuruşurdum".