AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının XXXI turunun "Xəzər Lənkəran” – "Qəbələ” matçında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib. Sportnet.az-ın məlumatına görə, "Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 
	
Bununla yanaşı oyunun 45+1-ci dəqiqəsində Lənkəran təmsilçisinin 72 nömrəli futbolçusu Elvin Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 200 manat cərimə olunub.
	
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qəbələ" matçı 1:0 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb. 