Hazırda davam edən "Bakı" - "Xəzər Lənkəran" matçında xoşagəlməz hal yaşanıb. Sportnet.az-ın oyunu izləyən əməkdaşının məlumatına görə, "ağ-yaşıllar"ın 42 nömrəli futbolçusu Kamran Abdullazadə qayçıvarı zərbə vurmaq istəsə də, alınmayıb.
Cənubluların azarkeşləri isə Abdullazadənin ünvanına uca səslə "təlxəklik etmə" deyiblər. Buna əsəbləşən futbolçu isə üzünü azarkeşlərə tutaraq söyüş söyüb.
Ardından isə azarkeşlər klubun baş məşçiqi Elbrus Məmmədovun ünvanına təhqiramiz sözlər səsləndiriblər. Polislərin köməkliyi ilə tərəfdarlar sakitləşdirilib.
Qeyd edək ki, "Bakı" - "Xəzər Lənkəran" matçında hazırda 2:1 hesabı ilə paytaxt təmsilçisinin xeyrinədir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |