Bakıda İtaliya - Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimində iştirak edən Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Çempionatın sonuna yaxınlaşdıqca həyəcan artır. Bəzən futbolçularda istər istəməz tələskənlik, psixoloji gərginlik olur. Amma ən azından bir illik də olsa, çempionluq təcrübələri var. Düşünürəm ki, bu amil hər bir futbolçuya böyük kömək olacaq. Lənkəran səfəri həqiqətən də çətin olacaq. Dəfələrlə demişəm ki, oradakı stadionda oynamaq həmişə ağır olur. İstəkli bir komandaya qarşı oynayacağıq. Rəqib gənclərə daha çox üstünlük verir, özlərini yaxşı tərəfdən göstərmək istəyirlər. Ola bilsin, bəzi zəif rəqiblərə qarşı özlərini kökləyə bilmirlər. Ancaq liderlərlə oyunlarda ciddi müqavimət göstərirlər. O cümlədən, bizi də ağır oyun gözləyir. Buna baxmayaraq, oyuna ciddi hazırlaşmışıq. Hardasa bir-iki çatışmazlıqlarımız var. Cavid Tağıyevin oynayıb-oynamayacağı sual altındadır. Reynaldo ilə bağlı problemimiz var. O, məşqlərə dünəndən qoşulub. Düşünürəm ki, hər bir futbolçu özünü bu oyuna hazırlayır, bu matçın mahiyyətini bilir. Vacib görüşdür. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq ki, yaxşı nəticə əldə edək.
- Çempionatın sonuna yaxınlaşdıqca həyəcan artır. Bəzən futbolçularda istər istəməz tələskənlik, psixoloji gərginlik olur. Amma ən azından bir illik də olsa, çempionluq təcrübələri var. Düşünürəm ki, bu amil hər bir futbolçuya böyük kömək olacaq. Lənkəran səfəri həqiqətən də çətin olacaq. Dəfələrlə demişəm ki, oradakı stadionda oynamaq həmişə ağır olur. İstəkli bir komandaya qarşı oynayacağıq. Rəqib gənclərə daha çox üstünlük verir, özlərini yaxşı tərəfdən göstərmək istəyirlər. Ola bilsin, bəzi zəif rəqiblərə qarşı özlərini kökləyə bilmirlər. Ancaq liderlərlə oyunlarda ciddi müqavimət göstərirlər. O cümlədən, bizi də ağır oyun gözləyir. Buna baxmayaraq, oyuna ciddi hazırlaşmışıq. Hardasa bir-iki çatışmazlıqlarımız var. Cavid Tağıyevin oynayıb-oynamayacağı sual altındadır. Reynaldo ilə bağlı problemimiz var. O, məşqlərə dünəndən qoşulub. Düşünürəm ki, hər bir futbolçu özünü bu oyuna hazırlayır, bu matçın mahiyyətini bilir. Vacib görüşdür. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq ki, yaxşı nəticə əldə edək.
- Mövsüm başa çatmasa da, transfer çalışmalarına start vermisiniz. Artıq "İnter"in futbolçusu Azər Salahlını da heyətə cəlb etmisiniz...
- Açığı, hazırda transferlər haqqında bir o qədər düşünmürük. Çünki qarşıda iki ağır oyunumuz var. Düzdür, maraqlanırıq, bəzi futbolçuların oyunlarını izləyirik. Onları yaxından tanımağa çalışırıq. Buna baxmayaraq, yerli futbolçulara da üstünlük verməyə çalışırıq. Ancaq əfsuslar olsun ki, yerli futbolçu əldə etmək çətindir. Klubları ilə müqaviləsi olur, elə asan deyil onları götürmək. Azər Salahlı da belələrindəndir. Onunla razılığa gəlmişik. Dəfələrcə olub ki, hansısa perspektivli yerli futbolçunu götürmüşük, ancaq özünü o qədər də doğrulda bilməyib. Bu, normal, başadüşüləndir. Çünki futbolçular özlərini bu yox, başqa klubda doğrulda da bilər. Çalışırıq ki, imkan düşdükcə yerli futbolçulara üstünlük verək. Biz dəvət edəcəyik. Onların oynayıb özlərini yaxşı tərəfdən göstərmələri elə öz əllərində olacaq. Yaxşı çıxış etməkləri özlərindən asılı olur. Biz sadəcə düzgün yol göstərə, yaxşı şərait yarada bilərik.
- Belə xəbərlər var ki, braziliyalı futbolçular öz həmyerlilərinin "Qarabağ"a gətirilməsində vasitəçilik edəcəklər. Bunlar nə dərəcədə həqiqətdir?
- Biz hansısa futbolçunu gətirmək üçün heç bir oyunçumuzla məsləhətləşmirik. Ancaq futbolçumuzun diqqət mərkəzimizdəki oyunçularla hansısa yaxınlığının olduğunu bilsək, onun xarakteri ilə maraqlanır, yaşayış tərzini də öyrənirik. Oyununa özümüz qiymət veririk. Yoxsa futbolçularımızla məsləhət etmirik.
- Son transferlərinizdən Tərlan Quliyevlə Şəhriyar Əliyev əsas heyət üzvünə çevrilə bilmədi...
- Hər bir futbolçuya şans veririk. Biz daim nəticəyə oynayaq komandayıq. 7-8 oyunçumuz var ki, ilboyu əsas heyət üzvləri olublar. Statistikaya nəzər yetirsəniz, Tərlanın da, Şəhriyarın da oyunları olub. Xüsusən, Quliyev bu mövsüm bir çox oyunda meydana çıxıb. Həm cinahda, həm də mərkəzdə oynayıb. Hansısa futbolçunun perspektivini sizə açıqlasam, düzgün çıxmaz. Gələcəkdə necə olacağı isə hər bir oyunçunun özündən asılıdır. Ancaq kimi götürmüşüksə, onların komandaya minimum da olsa, xeyri dəyib. Qaldı ki, daha çox oyun praktikası əldə etmələrini istəsək, mövsümün sonunda onlarla vidalaşacağıq.
- Bu yaxınlarda qardaşınız və FİFA meneceri sizə 3 oyunçu təqdim edib və onların arasından seçimin ediləcəyini bildirib...
- 3 deyil, çoxdur. Sadəcə, müqaviləsi olanlar da, anlaşma müddətləri bitənlər də var. Müqaviləsi olan futbolçuların klubları ilə danışıqlar aparmaq bir qədər çətin keçir.
- Muarem Muarem və Leroy Corcun komandanızla müqaviləsi bitir. Hansı addımı atmağı planlaşdırırsınız?
- Hər bir futbolçu komanda üçün az fayda verməyib. Hər bir futbolçuya bu gün ehtiyacımız var. O ki qaldı müqavilənin uzanmasına və yaxud bitməsinə, bu, problemli bir şey deyil. Hər halda qəti qərar veriləcək. Onlar da peşəkar kimi müqavilələrinin sonunadək komanda üçün ələrindən gələni etməlidirlər. Heyətimizdə müqaviləsi başa çatan futbolçular çoxdur. Amma hər bir futbolçuya ehtiyacımız var.
- Bəs Çumbinyonun taleyi necə olacaq?
- Onun da müqaviləsi davam edir. Amma iyunda bizimlə toplantıda olacaq. Danışığımız olub ki, sağlıq durumuna əsasən, əməkdaşlıq barədə qərar verəcəyik.
- Belə bir açıqlamanız var ki, bu heyətdən heç kim getməyəcək. Bu heyətlə Avrokuboklarlarda nələrə nail olunacaq?
- Geniş müsahibədə o fikir yox idi, izah etmişdim. Söhbət mövsümün sonunadək olan müddətdən gedirdi. Əlimizdəki futbolçuları əlimizdə maksimum saxlamalıyıq ki, bizə faydalı olsunlar. Bəlkə də qarşıdakı 3 oyun əvvəlki qarşılaşmalarımızdan daha dəyərlidir. Ona görə də belə bir fikir olmuşdu. Amma elə futbolçu olacaq ki, özü gedəcək, eləsi olacaq ki, biz göndərəcəyik. Bəzən elə olur ki, hanısa futbolçunu göndərməklə ona yaxşılıq etmiş olursan.
- Çempionatdakı klubların durumu məlumdur. "Qəbələ" ilə "Qarabağ"dan başqa, klublarda dağılmaq təhlükəsi var. Gələcək çempionat üçün sizə güc gələcək potensial rəqib kimi rəqibləriniz azalır yox dərəcəsinə enir.
- Bilinmir "Qəbələ"nin sonu nə olacaq. Ancaq düşünmürəm ki, klubları belə asan dağılmasına imkan versinlər. Ölkə başçısı tərəfindən proqram hazırlanacaq. İnanıram ki, Avropa oyunlarından sonra futbola maraq daha da çoxalacaq. Gələn il qalan 10 komanda heç də zəif olmayacaqlar.
- Bilinmir "Qəbələ"nin sonu nə olacaq. Ancaq düşünmürəm ki, klubları belə asan dağılmasına imkan versinlər. Ölkə başçısı tərəfindən proqram hazırlanacaq. İnanıram ki, Avropa oyunlarından sonra futbola maraq daha da çoxalacaq. Gələn il qalan 10 komanda heç də zəif olmayacaqlar.
- "Simurq"un əksər legionerləri komandanı məlum səbəblərdən tərk edib. Onlardan hansınısa komandanızda görmək istəyirsiz?
- Bu komandanın maraqlı futbolçuları var idi. Amma onların komandamıza gəlməkləri məndən asılı olmayan məsələdir. Bəlkə mən istəyərəm. Amma razılığa gələ bilmərik.
- "Qarabağ" bu mövsüm avrokuboklarda çıxış edəcək. Bəs siz özünüzün Avropada çalışmaq kimi planınız var? Və ya təklif var?
- Qardaş mənə toxunmayın, mən "Qarabağ"da qalmaq istəyirəm (gülür). Öz ölkəmə fayda verim, Avropada mənsiz də keçinə bilərlər.
- Yay toplanışı ilə bağlı planlarınız var?
- Mövsümün başa çatmasını gözləyirəm. 100 faizlik nəticə əldə etdikdən sonra bu barədə düşünürəm. Proqram hazırlamaq asandır. Bizdə bu yöndə illərin təcrübəsi var.Proqram demək olar ki, hazırdır.
- Bu gün "Qarabağ"ın çempion olmasına özündən başqa nəsə mane ola bilər?
- Futbol elə oyundur ki, hər oyunun öz taleyi var. Allah nəsib etsə çempion olacaqıq. etməsə yox.
- Keçən mövsüm də son anda hakim səhvinə görü qrupda qaldınız. Demək olar ki, minimum məqsəd qrupa çıxmaq olacaq?
- Hazırda məqsədimi çempionatdır. Ondan sonra hansı turnirə qatılacağımızı biləcəyik.
- Baxmayaraq ki, nəticəsi olmayacaq, hələ də İtaliya "İnter"i ilə oyunda sayılmayan qola görə etirazınız davam etdirərək məhkəməyə müraciət edib. Bu, sizin təşəbbünüz ilə olduya klub rəhbərliyinin öz istəyidir?
- Baxmayaraq ki, bəzən hakimlərə çılğınlıq göstərirəm. Bu barədə heç düşünmürəm. Hardasa klubu , ölkəni göstərmək üçün haqqımızı tələb etməliydi. Ancaq onların boynuna heç nəyi qoymaq olmaz.
- Zelinkaya nifrət qalıb?
- Ona nifrət qalsa, gərək bütün hakimlərə də olsun. Hakimlik elə də asan peşə deyil. Həddən artıq ağırdır. Xüsusən, belə gərgin ab-havada, azarkeş dəstəyi altında və basqıda keçirilən oyunlarda. Oldu-keçdi. Xeyirlisi, inşallah!
- Amma İtaliya "İnter"i ilə oyundan sonra heç belə əsəbiləşməmişdiniz ki, "Qəbələ" ilə qarşılaşmanın ardından hakimlərə acıqlı idiniz...
- Danmayacağam, məncə, bu hal bir neçə dəfə baş verib. Amma çoxları elə başa düşdü ki, "Qəbələ" ilə oyunun sonlarında qapımıza penalti təyin olunduğu üçün bu dərəcədə aqressiv oldum.