
"Bu komanda "Qarabağ"a məğlubiyyətdən sonra öz meydanında məğlub olmayıb" deyən makedoniyalı yarımmüdafiəçi Ukrayna təmsilçisinin "Sent Etyen", "Olimpiakos", "Ayaks", "Brügge"ni məğlub etdiyini xatırladıb: "Ən əsası, bu klub "Napoli"ni yenib. Düzdür, müəyyən məsələlərə görə "Dnepr"i finalda görmək qəribədir. Ancaq düşünmürəm ki, bu nəticə şans əsəridir. Baxımlı futbol sərgiləməsələr də, nəticə qazanmağı bacarırlar".
Muarem "Dnepr"in yüksək nəticələrində hakimlik amilinin rolu barədə isə danışmaq istəməyib: "Hər kəs nələrin baş verdiyini gördü".
Qeyd edək ki, "Dnepr" Avropa Liqasının finalında İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək.