"Mövsüm uzun oldu. Biz də, "Qarabağ" da çempionluğa layiq mövsüm keçirtdik. Mən deyərdim ki, çempionluğa layiq olan komanda qalib oldu. Biz də ikinci yerə layiq idik. Hər kəs layiq olduğu yeri qazandı". Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter"in futbolçusu Coşqun Diniyev Premyer liqanın XXXV turunda "Qarabağ"la oyundan sonra (2:1) deyib.
Ağdam klubuna trasnfer edilən gənc futbolçu yeni komandası ilə bağlı təsuratlarını belə dilə gətirib: "Oyuna "İnter"in futbolçusu kimi çıxmışdım. Beynimdə "Qarabağ"a transfer olumuşam kimi fikirlər yox idi. Son dəqiqəyə kimi "İnter"in futbolçusu kimi çıxış etdim. "Qarabağ" kimi kluba keçmişəmsə hədəflərim böyüməlidir. İndiki halla kifayətlənmək həddindən artıq geri saymaq olar. "Qarabağ"da daha da artırmalıyam, daha çox işləməliyəm. Çünki bu klub Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Öz üzərimdə çalışacam ki, həm əsas heyətdə yerimi möhkəmlədim, həm də avrokuboklarda komandama kömək edim".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |