AFFA-nın İntizam Komitəsinin iclasında Topaz Premyer Liqasının XXXV turunun "Bakı” – "Neftçi” matçında baş vermiş qayda pozuntuları müzakirə edilib. Sportnet.az-ın məlumatına görə, "Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Bununla yanaşı, "Bakı” – "Neftçi” matçında diktorun olmamasına görə "Bakı” klubuna ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlandığı halda kluba cəza veriləcək.
Əvəzedici heyətlərinin XXXV turunun "Bakı” – "Neftçi” matçının da isə "Bakı”nın futbolçusu Yusup Xakimov 65-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunur.