
2015-2016-cı il mövsümündə Çempionlar Liqasında İspaniyanın 5 klubu çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, bu, Avropa Liqasının finalında "Sevilya"nın Ukrayna "Dnepr"i üzərində 3:2 hesablı qələbəsindən sonra müəyyənləşib.
Bu ildən Avroliqanın qalibi gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanır. İspaniya çempionatı başa çatdıqdan sonra "Barselona", "Real Madrid", "Atletiko" və "Valensiya"nın qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazandığı dəqiqləşib.
Qeyd edək ki, "Sevilya" Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqəyə sahib olan 22-ci komandadır.











































































