
AFFA Məşqçilər Komitəsinin üzvləri, Gəncənin "Kəpəz" klubunun yeni baş məşqçisi Şahin Diniyevlə köməkçisi Şakir Qəribov gələn ay səfərə çıxacaqlar. Bu barədə Sportnet.az-a komitənin sədri Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Diniyev 17 yaşadək futbolçulardan ibarət yığmamızla iyunun 8-də Gürcüstana, oradan da Qazaxıstana yollanacaq. Qəribov isə iyunun 10-dan 17-dək U-21 yığmamızla Danimarka və Farer adalarında olacaq. Onlar təlim-məşq toplanışları və Avropa çempionatının seçmə qrup matçlarında iştirak edəcəklər.
Qeyd edək ki, Şahin Diniyev köməkçisi Şakir Qəribovla birgə "Kəpəz"dəki işinə iyulun 1-dən başlayacaq.












































































