AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, "Qarabağ" ümumilikdə 71 500, yarımmüdafiəçisi Marko Yankoviç isə 25 500 manat məbləğində cərimələnib:
Qərarlarda deyilir:
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ” komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 46);
Oyun bitdikdən sonra “Qarabağ” komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 25500 manat cərimə edilsin (maddə, 45.3, 51.2, 53.3, 87.1);
Oyun zamanı “Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
“Qarabağ” azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 7000 manat, (maddə 86.3), kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 8000 manat cərimə edilsin (maddə 52.5);
Komandanın azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə “Qarabağ” 5000 manat cərimə edilsin.
Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” tərəfindən qarşılansın (maddə 86.3);
Oyun bitdikdən sonra “Qarabağ”ın məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 18000 manat cərimə edilsin (maddə 45.3, 52.4);
Klubun əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyuna buraxılmasın, “Qarabağ” 8000 manat cərimə edilsin (maddə 45.3).
Qeyd edək ki, oyun "Sabah"ın qələbəsi ilə yekunlaşıb- 2:1. Baş hakim Rəvan Həmzəzadə "Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə qırmızı vərəqə göstərib və komandanın penalti tələbini geri çevirib.