İspaniya millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb.
Sportnet.az xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala baş məşqçi Luis de la Fuente 26 futbolçu aparacaq.
Heyətdə 13 müxtəlif klubun oyunçusu yer alıb. Ən çox futbolçu göndərən klub isə "Barselona" olub.
Qapıçılar: Unai Simon (“Atletik”), David Rayya (“Arsenal”, İngiltərə), Joan Qarsiya (“Barselona”)
Müdafiəçilər: Pedro Porro (“Tottenhem”, İngiltərə), Markos Lyorente, Mark Pubil (hər ikisi “Atletiko”), Emerik Laport (“Atletik”), Pau Kubarsi, Erik Qarsiya (hər ikisi “Barselona”), Mark Kukurelya (“Çelsi”, İngiltərə), Alexandro Qrimaldo (“Bayer”, Almaniya)
Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”, İngiltərə), Martin Subimendi, Mikel Merino (hər ikisi “Arsenal”, İngiltərə), Qavi, Pedri, Dani Olmo (hamısı “Barselona”), Fabian Ruis (PSJ, Fransa)
Hücumçular: Aleks Baena (“Atletiko”), Ferran Torres, Lamin Yamal (hər ikisi “Barselona”), Niko Uilyams (“Atletik”), Yeremi Pino (“Kristal Pelas”, İngiltərə), Mikel Oyarsabal (“Real Sosyedad”), Viktor Munyos (“Osasuna”), Borxa İqlesias (“Selta”)
Qeyd edək ki, İspaniya millisi qrup mərhələsində Kabo Verde (15 iyun), Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvay (27 iyun) milliləri ilə qarşılaşacaq.
Mundialdan əvvəl yoxlama görüşlərində rəqiblər İraq (4 iyun) və Peru (9 iyun) yığmaları olacaq.









































































