"Xəzər Lənkəran"ın sabiq futbolçusu Nikola Qliqorov karyerasını vətəni Makedoniyada davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı dayaq yarımmüdafiəçisi "Vardar"la müqavilə bağlayıb.
Makedoniya klubunun rəsmi saytı Qliqorovdan əlavə, 5 oyunçu ilə anlaşdıqlarını yazıb. Avrokuboklardan kənar qalan komandanın yeni transferləri arasında daha çox Ermənistan yığmasının 23 yaşlı sağ cinah müdafiəçisi Ovanes Ambartsumyan diqqət çəkir.
Qeyd edək ki, Nikola Qliqorov "Xəzər Lənkəran"a komandanın sabiq baş məşqçisi Con Toşak tərəfindən dəvət edilib. O, uelsli mütəxəssisin gedişindən sonra əsas heyətə düşməkdə çətinlik çəkib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |