1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqovun ən böyük arzusu baş tutmadı
"Azərbaycan Kubokunun final matçına çox ciddi hazırlaşırıq". Sportnet.az-ın məlumatına görə, bunu ATV-yə müsahibəsində "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov deyib.
32 yaşlı müdafiəçi "Neftçi"nin hazırkı durumunun ürəkaçan olmadığına dair fikirlərlə razılaşmayıb: "Artıq rəqibin bəzi zədəliləri formaya düşüb. Ən əsası, "Neftçi"nin kubok təcrübəsi bizdən çoxdur. Son 3 ildə çıxış etdikləri final matçlarının 2-dən qalib ayrılıblar. Amma "Qarabağ" neçə ildir finalda oynamır. Kubok ayrı, çempionat ayrı yarışdır".
Sadıqov millimizin Norveçlə iyunun 12-də keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçı barədə də fikirlərini bölüşüb. O, komandamızı ağır səfər oyununun gözlədiyini bildirib: "Oyuna çox ciddi hazırlaşırıq. Norveç millisi qrupda 3-cü yeri tutmaq istəyir. Buna görə də yığmamızı yenərək, işini rahatlaşdırmaq niyyətindədir. Amma bizim də öz məqsədlərimiz var. Çalışacağıq ki, məğlub olmayaq. Malta üzərində builki qələbənin ardından Norveçdən də xal ala bilsək, ilk 4 turdan sonra düşdüyümüz çətin durumdan çıxa biləcəyik".
Millimizin kapitanı "Bakı 2015" I Avropa Oyunlarının iyunun 12-də keçiriləcək Açılış mərasiminə bilet almadığını da açıqlayıb. Sadıqov bunu həmin gün Norveçlə səfər oyununa çıxacaqları ilə əlaqələndirib. O, Oslodan qayıtdıqdan sonra isə çox az vaxtlarının qalacağını bildirib: "İyunun 18-də "Qarabağ"ın heyətində Avstriyada təlim-məşq toplanışına başlayacağıq. Bakıda olacağımız 4-5 gün ərzində hansı uyğun gəlsə, Avropa Oyunlarında həmin yarışı izləmək istəyirəm. Ən böyük arzum cüdo yarışlarında iştirak etməkdir. Çünki olimpiya növlərindən cüdonu daha çox sevirəm. Çalışacağam ki, o yarışda iştirak edərək, idmançılarımıza dəstək olam".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında cüdo yarışları 25 - 28 iyunda keçiriləcək. Həmin vaxt "Qarabağ" Avstriyada təlim-məşq toplanışında olacaq. Bu isə Rəşad Sadıqovun izləməyi ən çox arzuladığı yarışa şahidlik edə bilməyəcəyi anlamına gəlir.