1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Arif Əsədov: "Məsuliyyəti dərk edib..."
Azərbaycan kubokunun finalında "Qarabağ” - "Neftçi” oyunuönəci mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatna görə, əvvəlcə media nümayəndələri önünə "Neftçi”nin baş məşqçisi Arif Əsədov çıxıb.
O, final oyunu barədə fikirlərini bildirib: "Hamınızı salamlayıram. Öncə veteranlar arasındakı oyundan danışmaq istəyirəm. 19 il əvvələ qayıtdım. Təşkilatçılara təşəkkür edirəm. Sabahkı oyuna gəlincə, "Neftçi” iddialı komandadır. Çempionatda minimum vəzifənin öhdəsindən gələ bildik. Sabah isə kuboku almaq istəyirik. Məşqçi və futbolçu heyəti buna hazırlaşıb. Rəqibimiz də asan komanda deyil. Çempion olan rəqibə qarşı oynayacağıq. Onların sabit komandası var. Məsuliyyəti dərk edib qələbə qazanmaq istəyirik”.
Təcrübəli mütəxəssis sabahkı oyunda Araz Abdullayevin də meydana çıxa biləcəyini vurğulayıb. O, heyəti artıq müəyyənləşdirsə də, öyundan öncə bunu açıqlamaqdan imtina edib.
"Məğlub olacağınız təqdirdə komandada qalacaqsınız” sualına isə Əsədovun yerinə mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə cavab verib. O bu cür sualları cavablamaqdan imtina etdiklərini bildirib: "Bu cür sualları cavablamaq istəmirik. Buna oyundan sonra aydınlıq gətirərik”.
”Neftçi” meydanda birinci yoxsa, ikinci "skripka” olacaq sualına” maraqlı münasibət bildirib: "Hər ikisindən olmağa çalışacağıq”.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı sabah Qəbələ şəhər stadionunda 20:00-da start götürəcək.