
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları başlayır.
Sportnet.az xəbər verir ki, ilk gündə kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək və finalçılar müəyyənləşəcək.
Kişilərdə 1/4 finalda Rusiya və Belarus qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək. Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan mübarizə aparacaq.
Qadınlarda yarışlar yarımfinaldan start götürür:
Özbəkistan – Rusiya
Belarus – Azərbaycan
Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.