Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə yeni mövsümə qızıl medalla başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "WTT Youth Star Contender Tunis 2026" yarışında bacarığını göstərən istedadlı idmançı U 15 yaş kateqoriyasında baş mükafata layiq görülüb.
Yığma üzvü Tunisin eyni adlı paytaxtında keçirilən turnirin qoşa yarışlarında almaniyalı həmkarı Vanq Lukasla birlikdə bütun görüşləri qələbə ilə başa vuraraq 1-ci yeri tutub.
Qeyd edək ki, şəxsi mübarizədə də inamla çıxış edən stolüstü tennisçi yarımfinal mərhələsinə yüksəlməklə ən azı bürünc mükafatı təmin edib.















































































