1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Teymur Rəcəbov heç-heçə ilə başladı - YENİLƏNDİ
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında start götürən FİDE Qran Prisi seriyasının yekun mərhələsində ilk görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı zəka sahibi ilk turda rusiyalı Aleksandr Ryazantsevlə üz-üzə gəlib.
Rəcəbov ağ fiqurlarla oynamasına baxmayaraq, qələbə qazana bilməyib. Görüş heç-heçə ilə nəticələnib - 0,5:0,5. İkinci turun görüşləri sabah keçiriləcək. Rəcəbovun rəqibi hələ müəyyənləşməyib.
Qeyd edək ki, FİDE Qran Prisinin yekun mərhələsində 18 iştirakçı mübarizə aparır. Qalibin adı 9 turun yekununda müəyyənləşəcək.
---------------------------------------
Bu gün İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə FİDE Qran Prisi seriyasının yekun mərhələsi start götürür.
Sportnet.az-ın məlumatına görə, bu mərhələnin yekununda dünya şahmat tacına İddiaçılar Turnirinin son iştirakçıları müəyyənləşəcək. İddiaçılar Turnirinin qalibi dünya çempionu adı uğrunda matçda norveçli Maqnus Karlsenin rəqibi olacaq. Dörd mərhələnin yekunu üzrə Qran Pridə ilk iki yer uğrunda dörd qrossmeyster – rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, həmçinin fransalı Maksim Vaşye-Laqrav idda edir. Məmmədyarov artıq çıxışlarını başa vurubsa, Rəcəbov son şansından yararlanmağa çalışacaq. Onun ilk rəqibi rusiyalı Aleksandr Ryazantsev olacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, mükafat fondu 420 min avro olan İddiaçılar Turniri 10 – 28 mart 2018-ci ildə Almaniyanın paytaxtı Berlində təşkil ediləcək. Yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər. Turnirdə xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin ( hər ikisi Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FİDE reytinqində ilk iki pillədə qərarlaşmış qrossmeysterlər, eləcə də Qran Pri seriyasının iki ən yaxşı şahmatçısı qatılacaq. Azərbaycan şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hələlik FİDE Qran Prisində ilk "üçlük”də qərarlaşıb. Məmmədyarov 340 xalla 1-ci, Rəcəbov isə 241,43 xalla 3-cü sıradadır. İkinci pillədəki rusiyalı Aleksandr Qrişukun isə 336,43 xalı var.